İdman

“Belə komanda zəif ola bilməz” – Ruslan Abışov

“Neftçi”nin kapitanı Ruslan Abışov Avropa Liqasının ilk təsnifat mərhələsinin püşkünü dəyərləndirib.

İdmanxeber.com-un məlumatına görə, o, klubun rəsmi saytına açıqlamasında bunları söyləyib:

“Uypeşt” haqqında ətraflı məlumatımız yoxdu, amma əminəm ki, yaxın günlərdə məşqçi heyətimiz bizi bütün lazım olan informasiya ilə təmin edəcək. Düzdü, biz hər halda Macarıstan futbolunun nə qədər güclü olduğuna bələdik. Belə güclü çempionatdan Avropa Liqasına vəsiqə qazanan komanda zəif ola bilməz. Ümid edirəm ki, təlim-məşq toplanışı bizim üçün xeyirli olacaq və biz toplanışın faydasını Avropa Liqasında görəcəyik”.

“Uypeşt”ə qarşı ilk oyun iyulun 12-də Bakıda, cavab oyunu iyulun 19-da səfərdə keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43