İdman

Belfastdan xalla yox, televizorla qayıtdılar

DÇ-2018-in seçmə mərhələləsində səfərdə Şimali İrlandiyaya 0:4 hesabı ilə məğlub olan Azərbaycan yığması vətənə qayıdıb. Komandamız səfərdən xalsız qayıtsa da, əliboş dönməyib.

İdmanxeber.com “Skysport”a istinadən xəbər verir ki, millimizlə Belfasta yollanan nümayəndə heyətinin üzvləri şəhərin elektron mağazalarının birində 8 ədəd son model televizor alıblar.

Bu televizorlara 12 min funt-sterlinq xərclənib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43