22 Sentyabr 2024
Dünya futbolu

“Bellinqemdə olan bəzi keyfiyyətlər Kakada yox idi”

“Real”ın baş məşqçisi Karlo Ançelotti yarımmüdafiəçi Jud Bellinqemlə Madrid klubunun sabiq futbolçusu Kakanı müqayisə edib.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis ingiltərəli futbolçu barədə xoş sözlər deyib:

“Kaka tez-tez cərimə meydançasına girirdi, lakin Bellinqemdə olan bəzi keyfiyyətlər onda yox idi. Braziliyalı ilə “Real”ın oyun sistemi fərqlidir. Onun əsas silahı topla işləməkdi. Bellinqem isə daima boş zona axtarışında olduğu üçün irələdi daha təhlükəli olur”.

Bu mövsüm Bellinqem “Real” heyətində 18 oyun keçirib, 16 qol vurub və 4 məhsuldar ötürmə edib. Kaka 2009-2013-cü illərdə Madrid klubunda çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43