Dünyadan

“Benfika”nın futbolçusu meymun səsi çıxardan azarkeşlərə belə cavab verdi (VİDEO)

Ötən gün Portuqaliya çempionatının “Rio Ave” – “Benfika” matçından sonra xoşagəlməz olay baş verib.

İdmanxeber.com-un məlumatına görə, “Benfika”nın futbolçusu Renato Sançez qarşılaşmadan sonra paltardəyişmə otağına yollanmaq istəyərkən azarkeşlər meymun səsi çıxardıblar. Futbolçu öncə bu səsi çıxardanlara tərəf üzünü çevirərək alqışlayıb, daha sonra isə əllərini qaldıraraq meymuna xas hərəkəti edib. 

Bu hadisədən sonra Portuqaliya Futbol Federasiyasının “Benfika”ya cəza verəcəyi gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43