14 Noyabr 2019
Kateqoriyasız

“Benfika”nın sabiq üzvü “Qəbələ”də – Rəsmi

2019/20 mövsümünün hazırlıqlarını davam etdirən “Qəbələ” növbəti transferini gerçəkləşdirib.

İdmanxeber.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, “qırmızı-qaralar” Mozambik yığmasının üzvü  Klesio Palmirim David Bauk ilə anlaşıb. 25 yaşlı hücumçu ilə 1+1 illik müqavilə imzalanıb.

1994-cü ildə Maputu şəhərində anadan olan Klesio futbol həyatına “Ferroviariu” klubunda başlayıb. Ardınca o, “Benfika” (2012-13), “Benfika B” (2013-16), “Harrisburq Siti” (2014), “Panetolikos” (2016-18) klublarının şərəfini qoruyub. Mozambikli son mövsümü Türkiyənin “İstanbulspor” klubunda keçirib.

Hücumçu 2011-ci ildən Mozambik yığmasının şərəfini qoruyur.

Qeyd edək ki, “Qəbələ” bundan əvvəl Fernan Ferreyra Lopes, Merab Qiqauri, Kamal Mirzəyev, Sadiq Quliyev və Kristian Kouakounu heyətinə qatıb.

Oxşar xəbərlər

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin

“Neftçi” ilə oyun öncəsi “Bney Yehuda”da ciddi itkilər

admin

“Qarabağ” üçün millinin məğlubiyyətini, “Sevilya”nın darmadağınını qeydə alan hakim

admin