Premyer Liqa

Benuahidən kişi sözü: “Narahat olmayın”

“Biz bu gün gözəl oynayıb qələbə qazandıq. Bugünkü oyunun lideri “Xəzər Lənkəran” idi”.

Bu sözləri idmanxeber.com-a açıqlamasında “Xəzər Lənkəran”ın futbolçusu Zouahir Benuahi deyib.

Sabiq komandası AZAL-a qarşı oyunda qazanılan qələbəni şərh edən Cənub klubunun mərakeşli futbolçusu daha sonra öz oyununu qiymətləndirib:

“AZAL mənim sabiq klubumdu, ancaq “Xəzər Lənkəran”da oynayıram və qələbə qazandığımıza görə çox sevinirəm. Bugünkü oyunda özümü yaxşı tərəfdən göstərdiyimi düşünürəm. Narahat olmayın, söz verirəm ki, tezliklə Benuahini görəcəksiniz”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43