Kateqoriyasız

Benzema “Qarabağ”ın qisasını aldı

Futbol üzrə İspaniya La Liqasında 5-ci turun oyunları keçirilir.

İdmanxeber.az-ın məlumatına görə, “Qarabağ”ın Avroliqadakı rəqibi “Sevilya” bu tur “Real”la qarşılaşıb. Madrid klubu ilə görüşə lider kimi çıxan Əndəlüs təmsilçisi bu dəfə məğlubiyyətdən qaça bilməyib.

“Kral klubu”nda Kərim Benzemanın 64-cü dəqiqədə vurduğu qol oyunda yeganə olub və “Sevilya” cari mövsümdə ilk yenilgisi ilə üzləşib.

Bu məğlubiyyətdən sonra “Sevilya” 10 xalla 5-ci pilləyə enib. “Real” isə aktivindəki xalları 11-ə çatdıraraq 2-ci pilləyə yüksəlib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43