Dünya futbolu

Benzema yenidən milliyə çağırılır

“Real”ın futbolçusu Kərim Benzema yenidən Fransa millisinə çağırıla bilər.

Bu barədə Fransa Futbol Federasiyasının prezidenti Noel Le Qret məlumat verib: “Benzema yaxşı oynamağa davam etsə,  milliyə dəvət olunacaq. Ona hörmət edirəm. Benzema yaxşı futbolçudur. O, “Real”da müvəffəqiyyətlə oynayır. Çempionlar Liqasının ən yaxşı fransız bombardiri oldu”.

Qeyd edək ki, Benzema millidəki komanda yoldaşı Mateyu Valbuenanı şantaj etməkdə ittiham olunduğu üçün Fransa yığmasından uzaqlaşdırılıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43