Kateqoriyasız

“Benziadan daha yaxşı oyun gözləyirik” – Qurban Qurbanov

“Əvvəlcə bütün azarkeşlərə təşəkkür edirəm, çoxdandı bu sayda tamaşıçı görmürdük stadionda. “Bakcell Arena”da oynamaq həmişə xoşdur, bura əsl futbol meydançasıdır. Vacib olan qələbəni qazandıq, oyundan çox razı qaldım. İki komanda da görüşə yaxşı köklənmişdi. Oyunçular çox istəkli idilər, xeyli hücumlarımız oldu. “Neftçi”yə qarşı bir an belə oyunu verə bilməzdik. Rəqibin çox bacaraqlı futbolçuları var”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Neftçi” oyunu sonrası deyib. O, komandasının bir çox oyunda qol buraxmasını belə şərh edib:

“Bunun problem olduğunu düşünmürəm. Bizim oyunumuz elədir ki, istənilən rəqib bizə qarşı 2-3 qol imkanı yaxalaya bilir. Rəqibləri də gözardı edə bilmərik. Futbol elə səviyyə çatıb ki, bütün komandalar rəqibləri yaxşı analiz edə bilirlər.

Şahruddin Məhəmmədliyev və Yassin Benzia uzun müddətsən sonra oynamağa başladılar. İkisindən də tam razı qala bilmərəm. Ancaq komandada Şahruddinin lider kimi olması çox vacib idi. Benzia isə təxminən 80 dəqiqə meydanda qaldı. Onun bu tempə dözməsi mənim üçün vacib idi. Ondan daha yaxşı oyun gözləyirik və tələb edirik. Bununla belə komanda oyunumuz pozulmadı. İstədiyimiz nəticəni ala bildik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43