Kateqoriyasız

“Beqoviç “Qarabağ”ı seçməklə doğru qərar verdi”

Bosniya mətbuatı “Qarabağ”ın qapıçısı Asmir Beqoviçin Ağdam klubundakı uğurlu çıxışı barədə yazı dərc edib.
İdmanxeber.az-ın məlumatına görə, onlar Beqoviçin İngiltərənin “Bornmut” klubundan “Qarabağ”a keçməklə doğru qərar verdiyini yazıb:

“Bizim təcrübəli qapıçımız yeni komandasına uyğunlaşa və onlara uğur gətirə bilib. Beqoviç tədricən bir neçə il əvvəlki yaxşı formasına qayıdır. O, yeni komandasında bir neçə əla oyun keçirib”.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43