Kateqoriyasız

Beqoviçin müştəriləri artdı

“Qarabağ”la ilin sonunda müqaviləsi başa çatacaq bosniyalı qapıçı Asmir Beqoviç karyerasını yenidən İngiltərə Premyer Liqasında davam etdirə bilər.

İdmanxeber.az “The Sun”a istinadən xəbər verir ki, 32 yaşlı qapıçı ilə “Vest Hem” maraqlanır.

Bundan əlavə, Çempionşipdə mübarizə aparan “Derbi” və “Birmingem” klubları da təcrübəli qapıçını transfer etmək istəyən klublar arasındadır. Beqoviç Niderlandın PSV klubunun da transfer hədəfindədir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43