05 Dekabr 2020
  • Ana səhifə
  • Kateqoriyasız
  • “Beqoviçin “Qarabağ”a keçməsi ən yaxşı həll yolu idi” – “Bornmut” baş məşqçisi
Kateqoriyasız

“Beqoviçin “Qarabağ”a keçməsi ən yaxşı həll yolu idi” – “Bornmut” baş məşqçisi

“Beqoviçin “Qarabağ”a keçməsi ən yaxşı həll yolu idimi? Bəli, bu, ən yaxşı qərar idi”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri İngiltərənin “Bornmut” klubunun baş məşqçisi Eddi Hay Asmir Beqoviçin “Qarabağ”a  icarəyə verilməsi haqda danışarkən deyib.

Çalışdırıcı 32 yaşlı qolkiperin Ağdam klubuna keçməsinin onun üçün faydalı olacağını deyib:

“Onunla bu keçidlə bağlı fikir ayrılığımız olmayıb. Asmir oynamaq istədiyini çox açıq şəkildə söylədi. Biz də ona bu işdə kömək etməyə çalışdıq. Məncə, bu, bütün tərəflər üçün yaxşı olacaq. Biz onun oynaması üçün şərait yaratdıq, artıq meydana çıxır. Görək icarə müddəti başa çatanda necə olacaq”.

Xatırladaq ki, Premyer Liqada mübarizə aparan “Bornmut” bosniyalı qapıçını bu ilin sonunadək “Qarabağ”a icarəyə göndərib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Qarabağ” – APOEL matçına nə qədər bilet satılıb? – Klub açıqladı

admin

Qurban Qurbanovun oğluna ölkə xaricindən təklif gəlib

admin

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin