Kateqoriyasız

“Bərabərsəviyyəli mübarizənin şahidi olduq”

“Yüksək təşkilatçılığa və qonaqpərvərliyə görə AFFA-ya minnətdarlığımı bildirirəm. Elit-raund öncəsi bizim üçün yaxşı hazırlıq oldu”.
 
İdmanxeber.com-un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri Macarıstanın 17 yaşadək qızlardan ibarət yığmasının baş məşqçisi Dorotiya Şumi millimizə qalib gəldikləri oyundan (1:0) sonra deyib. 

Şumi bərabərsəviyyəli oyunun keçdiyini bildirib: “Oyuna gəlincə, bərabərsəviyyəli mübarizənin şahidi olduq. İlk oyunla müqayisədə bu dəfə daha çevik və əzmkar komanda ilə qarşılaşdıq. Gənc futbolçulardan təşkil olunan Azərbaycan yığmasına gələcək oyunlarda uğurlar arzulayıram”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43