“Sassuolo” ötən gün keçirilən oyunda “Verona”ya məğlub olub – 0:1.
İdmanxeber.az-ın məlumatına görə, “yaşıl-qaralar”ın oyunçusu Domeniko Berardi görüşdə ciddi zədələnib. 29 oyunçunun bu mövsüm bir daha oynamayacağı gözlənilir.
Komandanın vitse-kapitanı olan Berardi bu mövsüm A Seriyasında 17 oyunda 9 qol vurub və 3 məhsuldar ötürmə edib.
“Sassuolo” 20 xalla 19-cu, “Verona” isə 23 xalla 17-ci yeri tutur.