Ölkə futbolu

Berdiyevin “Turan Tovuz”dakı köməkçilərindən biri müəyyənləşdi

“Turan Tovuz”da baş məşqçi postuna Kurban Berdiyev təyin olunsa, köməkçilərindən biri millimizin sabiq üzvü ola bilər.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, söhbət Ruslan Abışovdan gedir. Yığmanın sabiq üzvü ilə Berdiyevin çox yaxşı münasibəti var.

Tərəflər arasında artıq danışıq baş tutub. Kurban Berdiyev Tovuz klubuna baş məşqçi təyin olunacağı təqdirdə, Abışov böyük ehtimalla onun yardımcılarından biri olacaq.

Xatırladaq ki, Abışov 2013-cü ildə Kurban Berdiyevin rəhbəriyi altında “Rubin”də çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43