Ölkə futbolu

Beriya: “Məşqçimiz “Qəbələ” barəsində bizə məlumat verib”

“Beveren”lə oyun bizim Avropa Liqası öncəsi son yoxlama oyunumuz idi. Futbolçularımız bu matçda maksimum güclərini ortaya qoydular”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Lill”in müdafiəçisi Frank Beriya klubun rəsmi saytına açıqlamasında deyib.

33 yaşlı futbolçu Avropa Liqasının III təsnifat mərhələsində qarşılaşacaqları “Qəbələ” haqda danışıb:

“Avropa Liqasında növbəti rəqibimiz “Qəbələ”dir. Baş məşqçimiz bizə bu komanda haqda məlumat verib. Artıq bu matçın hazırlıqlarına başlamışıq. Başa düşürük ki, rəqibi qiymətləndirməyə bilmərik. Onların Macarıstan komandasını keçməsi rəqibə qarşı oyunların asan olmayacağını göstərir”. 

Qeyd edək ki, “Lill” və “Qəbələ” arasında ilk oyun iyulun 28-də Fransada, cavab görüşü isə bir həftə sonra Bakıda keçiriləcək. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43