Kateqoriyasız

Bernard Şalland: “Azərbaycan qrupun favoritidir”

Sabah Millətlər Liqasında Kosovo Azərbaycanla qarşılaşacaq.

İdmanxeber.az-ın məlumatına görə, sabah UEFA Millətlər Liqasında Kosovo yığması Azərbaycanın qonağı olacaq. Qarşılaşmadan öncə keçirilən mətbuat konfransında Kosovonun baş məşqçisi Bernard Şalland mətbauta açıqlama verib.

“Çox maraqlı oyun olacaq. Avropa Çempionatına getmək üçün bizim üçün yaxşı fürsətdir. İstəyirik ki, qrup mərhələsinə vəsiqə qazanaq”.

-Azərbaycan haqda nə qədər məlumat sahibisiniz? Oyuna necə hazırlaşdığınızı deyə bilirsiniz?

Bütün oyunlara olduğu kimi bu oyuna da çox yaxşı hazırlaşmışıq. Onların daha öncə göstərdiyi nəticələr göz qabağındadır. Rəqibimiz elə olub ki, seçmə mərhələnin qurupunda 10 xal toplayıb. Kifayət qədər güclü rəqibə qarşı oynayacayıq. Onlar çox yaxşı oyun oynayırlar. Təbii ki, Azərbaycan haqda məlumatım var. Deyə bilərəm ki, çox çətin qrupdayıq. Ancaq biz də yaxşı komandayıq. Bütün rəqiblərimiz təhkülədir.

-Baş məşqçi bizim haqda daim yaxşı sözlər deyir. Qrupun favoriti olduğunu söyləyir. Bəs o zaman onlar Bakıya niyə gəliblər?

UEFA reytinqinə nəzər salsaq görərik ki, Azərbaycan hansı yerdədir, biz hardayıq. Bizim komanda çox cavandır. Və eyni zamanda təcrübəsizdir. Bütün bunları nəzərə alaraq danışıram. Bugün Portuqaliya Farer Adalarına qarşı oynasa, nəticəni bilmək olmaz. Hazırda futbol çox çətinləşib.

Avropa Çempionatının 4 oyunu Bakıda olacaq. Baş məşqçi düşünürmü ki, bu, Azərbaycan üçün əlavə motivassiya olacaq.

Az öncə dediyim ki, bizdə Avropanın bir çox ölkəsində oynayan oyunçular var. Azərbaycanın oyunçularının  niyə Avropada oynamadıqlarını bilmirəm. Ola bilsin onlar üçün burda yaxşı şərait yaradılıb. Unutmayaq ki, Azərbaycan Norveçi məğlub edib, Çexiya ilə bərabərə qalıb. Bu, onların yaxşı komanda olduğunu göstərir. Təbii ki, qrupun bütün komandaları üçün Azərbaycana qarşı oynamaq çox çətin olacaq.

-Kosovonun ən önəmli oyunçusu Berişa sabahkı matçda olmayacaq. Bu sizin oyununuza təsir edəcək?

Təbii ki, o, bizim ən yaxşı oyunçularımızdandır. Lakin biz onun əvəzinə yaxşı oyunçu tapmalıyıq. Ümid edirəm ki, ən qısa vaxtda onu aramızda görəcəyik.

-Hücumda hündürboy oyunçulara yoxsa,sürətli oyunçulara üstünlük verəcəksiniz?

Sabahkı oyun haqda bu gündən danışa bilmərəm.

 

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Qalmaqal: “Sabah”ın futbolçusu hakimi vurmaq istədi

admin

“Qarabağ” onun da göndərilməsinə səbəb ola bilər

admin

“Zirə” Samir Abasovu istefaya göndərdi

admin