Ölkə futbolu

Berti Foqts: “…AFFA-dan xahiş edəcəm”

"İndidən gələcək  planlarım haqqında danışa bilmərəm. Çünki mənim milli komanda ilə sözləşməm  başa çatıb. AFFA İcraiyyə Komitəsinin vərəcəyi qərarından sonra nəsə deyə bilərəm".

Bunu millimizin baş məşqçi Berti Foqts deyib.

Alman mütəxəssis bundan əlavə bildirib ki, işini davam etdirsə, Azərbaycanda daha çox vaxt keçirəcək:

"Mən Azərbaycan millisində işimi davam etdirsəm, daha çox yoldaşlıq oyunları və təlim-məşq toplanışları keçirərəm. Bunlar üçün şərait yaratmağı AFFA-dan xaiş edəcəm".

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43