Ölkə futbolu

Berti Foqts: “Hamımız azərbaycanlıyıq”

“Oyunun ilk hissəsindən hardasa, razı qala bilərəm. Ancaq fasilədən sonra Estoniya millisi daha yaxşı oynadı. Rəqib daha istəkli görünürdü. İki səhvimizdən qapımızda qol gördük və məğlub olduq”.

Bu sözləri millimizin baş məşqçisi Berti Foqts Estoniya ilə keçirilən yoldaşlıq görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

“Futbolçuların təcrübə toplaması baxımından belə oyunlara bizə çox lazımdır. Rəqibin futbolçuları İsveç, Finlandiya və Rusiya çempionatlarında çıxış edir. Bu çox vacib amildir. Deyərdim ki, qələbəni rəqibə hədiyyə etdik. Cihan Özkara və Pərdis Fərcad-Azadın sürət problemi var.

Hamımız azərbaycanlıyıq və ölkənizin mentalitetini məndən yaxşı bilirsiniz. Oyuna daha məsuliyyətli yanaşsaydıq, uduzmazdıq. Estoniya və Qırğızıstandansa, “Neftçi” və “Qarabağ”a qarşı oynamaq fikrinə gəlincə isə bu, rəqibə hörmətsizlikdir. Bunu ancaq futboldan heç nə anlamayanlar deyə bilərlər”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43