Ölkə futbolu

Berti Foqts heç-heçəni şərh etdi

Millimizin baş məşqçisi Berti Foqts DÇ-2014-ün seçmə mərhələsində Rusiyaya qarşı bərabərə qaldıqları oyunu şərh edib.

Çalışdırıcı bunları deyb:

“Komandamı təbrik edirəm. Çox çətin heç-heçəyə nail oldular. Həm də nəzərə almaq lazımdı ki, 15 dəqiqə azlıqda oynadıq. Buna baxmayaraq, bərabərlik qolunu vura bildik. Belə bir rəqibə qarşı oynamaq heç də asan deyildi. Mən son saniyələrə qədər komandamın hesabı bərabərləşdirəcəyinə inanırdım. Bu gün hiss olundu ki, futbolçularımız hələ dörd gündə ardıcıl iki oyuna çıxmağa alışmayıblar. Azarkeşlərə minnətdarlığımı bildirirəm. Sonacan bizi dəstəklədilər. Rusiya millisinə mundilada uğurlar arzulayıram”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43