Ölkə futbolu

Berti Foqts klubların baş məşqçiləri ilə görüşdü

Millimizin baş məşqçisi Berti Foqts bu gün Premyer Liqada çıxış edən klubların baş məşqçiləri ilə görüşüb.

İdmanxeber.comun məlumatına görə, görüşdə bir sıra məsələlər və gələn ildən hər komandada iki 21 yaşlı futbolçunun çıxış etməsi müzakirə olunub.

Qeyd edək ki, yığmamız martın 1-dən 5-dək Birləşmiş Ərəb Əmirliklərində təlim-məşq toplanışında olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43