Milli komanda

Berti Foqts: “Mən onların səviyyəsini qaldıra bilmərəm”

Azərbaycan millisinn baş məşqçisi Berti Foqts "Avro-2016"nın seçmə mərhələsinin ilk turunda Bolqarıstan millisinə 1:2 hesablı məğlubiyyəti belə şərh edib.

İdmanxeber.com-un məlumatına görə, Foqts bu fikirləri səsləndirib:

“İki kobud səhvə yol verdik. Rəqib də bundan yararlandı. Hesabı bərabərləşdirsək də, təəssüf ki, qol buraxdıq. 70 dəqiqə rəqiblə bərabər səviyyədə oynadıq. Sonra güc qalmadı və səhvlərə yol verdik. Müdafiədə çətinliklər vardı. Vladimir Levin, Elnur Allahverdiyev kimi təcrübəli futbolçu yox idi. 10 gün ərzində futbolçularda fiziki hazırlığı yüksək səviyyəyə gətirə bilmərəm. Avrokuboklarda klubların oyunları təxirə salınır. Ona görə də bu qısa müddətə mən onların səviyyəsini qaldıra bilmərəm. Sözsüz ki, bu matçdan sonra işimiz çətinləşdi. Mən qələbə düşünmüşdüm. Amma belə olmadı. Əlimizdə olan futbolçulardan istifadə etməliyəm. 4 braziliyalı futbolçudan yararlana bilmərəm. İşimiz çoxdur. Mən gənclərə inanıram".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43