Ölkə futbolu

Berti Foqts: “Mən onun pərəstişkarıyam”

Azərbaycan millisinin baş məşqçisi Berti Foqts maraqlı açıqlamalar verib.

Futbolçu karyerasında çıxış etdiyi "Borussiya" klubu (Mönhenqladbax) barədə danışan təcrübəli çalışdırıcı, komandanın hücumçusu Maks Kruzu fərqləndirib.

“Maks Kruz çox güclü futbolçudur. Meydanda hər şeyi düzgün edən futbolçunun qol durumu çox yüksəkdir. Onun qarşısında dayanan müdafiəçilər üçün nə qədər çətin olduğunu çox yaxşı başa düşürəm. Futbolçu kimi çıxış etdiyim vaxt hətta mənim də belə problemlərim olurdu. Mən onun pərəstişkarıyam. Kruz artıq komandanın liderinə çevrilir. 25 yaşlı hücumçu “Borussiya”nın gənc oyunçularını arxasınca aparmaq iqtidarındadır. Maks nəyi nə vaxt etməyi çox gözəl bilir. Mənim üçün o Almaniyanın ən yaxşı hücumçularından biridir”.

Foqts komandanın məşqçisi Maks Eberlin işindən məmnun olduğunu gizlətməyib: “Eberl və köməkçiləri böyük işlər görüb. Onun seleksiyaçılarının tapıntıları ilə komanda çox güclənib. İndiki komanda ötən ilkindən fərqli ön sıralarda möhkəmlənir. Mən onların bu il avrokuboklara çıxacağını düşünürəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43