Ölkə futbolu

“Berti Foqts məni heç nə ilə təəccübləndirmədi”

Yoldaşlıq oyununda Qırğızıstan millisi doğma meydanda Azərbaycan yığmasını qəbul etdi.

Oyunsonrası keçirilən mətbuat konfransında ev sahibi komandanın baş məşqçisi Sergey Dvoryankov matç barədə fikirlərini bildirib. O, millimizin heyətində Rauf Əliyevi bəyənib:

“Bu rəsmi deyil, yoldaşlıq görüşü idi. Hər iki komanda üçün ilin son matçı olduğundan oyun bir qədər maraqsız alındı. Azərbaycan millisinin son iki oyununun videoyazısına baxmışam. Berti Foqts məni heç nə ilə təəccübləndirmədi. Komandamın hücum xəttində müəyyən problemlər var. Rəqibin heyətində Rauf Əliyevin oyununu bəyəndim. Çox çalışırdı, ancaq onda alınmadı”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43