Milli komanda

Berti Foqts “Qarabağ”dan 7, “İnter”dən 4 futbolçu çağırdı

Futbol üzrə əsas milli komandamız bu ayın 27-də ABŞ yığması ilə qarşılaşacaq.

İdmanxeber.com-un məlumatına görə, millimizin baş məşqçisi Berti Foqtsun bu oyuna hansı futbolçuları aparacağı tədricən müəyyənləşmək üzrədi.

Almaniyalı mütəxəssis çempionatın liderı “Qarabağ”dan 7 futbolçuya dəvət göndərib. Bunlar qapıçı Fərhad Vəliyev, müdafiəçilər – Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedev, yarımmüdafiəçilər Qara Qarayevlə Hacı Əhmədov, eləcə də hücumçu Vüqar Nadirovdu.

Foqts turnir cədvəlinin ikinci pilləsində qərarlaşan “İnter”dən isə 4 futbolçunu milliyə çağırıb. Bunlar qapıçı Səlahət Ağayev, müdafiəçi Ruslan Əmircanov, yarımmüdafiəçi Abdulla Abatsiyev və hücumçu Vaqif Cavadovdur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43