Ölkə futbolu

Berti Foqts “Qarabağ”ın düşərgəsində – FOTO

Azərbaycan millisinin baş məşqçisi Berti Foqts bu gün Topaz Premyer Liqanın ikinci yarısının hazırlıqlarını Antalyada davam etdirən “Qarabağ” klubunun düşərgəsinə baş çəkib.

Komanda məşqə yollanmamışdan öncə otelə gələn alman çalışdırıcıyla “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov arasında təxminən 50 dəqiqəlik söhbət baş tutub.

Azərbaycan futbolu haqqında səmərəli müzakirələr aparan tərəflər sonra birlikdə məşq meydanaçasına yollanıblar. “Qarabağ”ın məşqini sona qədər izləyən millinin çalışdırıcısı klubun yığmadakı futbolçularıyla da görüşüb. (klub saytı)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43