Dünya futbolu

Berti Foqts UEFA-nın qərarını pislədi: “Bu dəlilikdir”

“Avropa çempionatı pandemiya dönəmini uğurlu idarə edən bir ölkədə keçirilməlidir. Turnirin taleyi ilə bağlı hələ heç kim UEFA-dan dəqiq məlumat almayıb. Bu da məni heyrətə gətirir. Millidə işləmiş məşqçi kimi UEFA-ya müraciət edirəm: Avropa çempionatını təxirə salın. Yekun qərarınızı indi verin. Əks təqdirdə, sonra çox gec olacaq”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri millimizin sabiq çalışdırıcısı Berti Foqts deyib.

75 yaşlı almaniyalı mütəxəssis ölkəsinin mətbuatına açıqlamasında bu qərarın dəlilik olduğunu adlandırıb:

UEFA-nın turniri iyuna salma qərarı əsl dəlilikdir. Yarışı dekabrın ortalarına qədər təxirə salmaq lazımdır. Ümid edirəm ki, o vaxta qədər tribunalara daha çox azarkeş buraxılar. Çünki insanlar peyvənd olunacaq. Futbol azarkeşi olaraq demək istəyirəm ki, Avropa çempionatı dünyanın ən gözəl və həyəcanlı idman hadisələrindən biridir. Məhz bu səbəbdən, yarışı bir daha təxirə salmalıyıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43