Ölkə futbolu

Berti Foqts yenidən Azərbaycanda

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində martın 26-da millimiz Almaniyanı qəbul edəcək.

İdmanxeber.com-un məlumatına görə, millimizin keçmiş baş məşqçisi Berti Foqts  Azərbaycan – Almaniya oyununu yayımlayacaq Almaniya televiziyasında ekspert qismində çıxış edəcək.

O, bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədovla görüşüb.

Xatırladaq ki, 70 yaşlı mütəxəssis 2008/14-cü illərdə millimizin baş məşqçisi olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43