Milli komanda

Berti Foqtsun İtalyada mətbuat konfransı keçirəcəyi vaxt açıqlandı

Avro-2016-nın seçmə mərhələsində oktyabrın 10-da Palermo şəhərində keçiriləcək İtaliya – Azərbaycan oyunu ərəfəsində təşkil olunacaq mətbuat üçün açıq məşqlərin və mətbuat konfranslarının vaxtı açıqlanıb.

İdmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, Berti Foqts və Antonio Konte oyundan bir gün əvvəl mətbuat nümayəndələrinin qarşısına çıxacaq.

İtaliya milli komandası:

9 oktyabr, saat 18:15 – Mətbuat üçün açıq məşq, “Renzo Barbero” stadionu

9 oktyabr, saat 19:45 – Mətbuat konfransı, “Renzo Barbero” stadionu

Azərbaycan milli komandası:

9 oktyabr, saat 12:30 – Mətbuat konfransı, NH Palermo Hotel

Qeyd: Saatlar yerli vaxtla göstərilib. Azərbaycan milli komandasının mətbuat üçün açıq məşqi barədə məlumat veriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43