Ölkə futbolu

Bertuççi “Neftçi”dən ayrıldı: “Karyeramı Braziliyada davam etdirəcəm”

Uzun müddətdir Braziliyada olan “Neftçi”nin futbolçusu Bruno Bertuççi  nəhayət ki, susqunluğunu pozub.

Ölkəsinin mətbuatına açıqlama verən futbolçu “Neftçi”dən ayrılmaq üzrə olduğunu deyib.

“Neftçi”dən ayrılıram və Braziliyaya qayıdıram. Karyeramı vətəndə davam etdirəcəm çünki bu istəyim böyükdür”.

“Azərbaycan müsəlman ölkəsidir. Braziliya ilə fərq dini baxışlardadır. Bununla belə bu ölkəyə uyğunlaşmaq asandır. Bakı gözəl şəhərdi və sürətlə inkişaf edir. Ümumiyyətlə ölkədə sürətli inkişaf gedir. O cümlədən də futbolda. Bu cür investisiya qarşılığında Azərbaycan çempionatı 10 ilə Şərqi Avropada böyük bazara çeviriləcək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43