Dünya futbolu

“Beşiktaş” amerikalılara “yox” dedi

Amerika klubu “Çikaqo Fray” “Beşiktaş”ın futbolçusuna təklif göndərib.

İdmanxeber.az “Sabah” nəşrinə istinadən xəbər verir ki, MLS təmsilçisi Cekson Mulekanı rənglərinə bağlamaq niyyətindədi. Son zamanlarda əsas heyətdə şans tapa bilməyən 23 yaşlı oyunçunun İstanbul klubundan ayrılması gözlənilir.

Mənbə yazır ki, MLS təmsilçisi futbolçu üçün “Beşiktaş”a 3 milyon avro təzminat təklif edib. Ancaq “ağ-qaralar” bundan imtina ediblər. 

Rəhbərlik Mulekanı daha yüksək məbləğ qarşılığında satmaq niyyətindədir.

Cari mövsüm “Beşiktaş”da 28 oyunda çıxış edən futbolçu 5 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43