Dünya futbolu

“Beşiktaş” “Atletiko”nun oyunçusunu transfer etmək istəyir

“Beşiktaş” “Atletiko”nun oyunçusu Mario Hermosonu heyətinə qatmaq istəyir.

İdmanxeber.az insayder Ertan Süzgünə əsasən məlumat verir ki, 28 yaşlı müdafiəçi illik 4 milyon avroya yaxın maaş istəyir. “Beşiktaş” oyunçuya təklifini verib və onun qərarını gözləyir. 

Hermoso yayda azad agent olacaq. Onun “Atletiko”yla müqaviləsi mövsümün sonunda bitir. İspaniyalı bir çox Avropa klubunun transfer siyahısında var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43