Dünya futbolu

“Beşiktaş” azarkeşi həbs olundu

Fransa məhkəməsi Avropa Liqasının 1/4 final mərhələsinin “Lion”la ilk oyunu ərəfəsində stadion əməkdaşını döyən “Beşiktaş” azarkeşi barəsində hökm çıxarıb.

İdmanxeber.com-un məlumatına görə, Almaniyada doğulan 27 yaşlı türk fanat 2 ay müddətinə azadlıqdan məhrum edilib. Üstəlik, həmin şəxsin Fransaya girişinə 2 il müddətinə qadağa qoyulub.

Qeyd edək ki, aprelin 13-də keçirilən “Lion” – “Beşiktaş” (2 – 1) matçından öncə baş verən iğtişaşlara görə ümumilkdə 12 nəfər həbs olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43