Dünyadan

“Beşiktaş” azarkeşləri üçün şad xəbər

“Beşiktaş” aparıcı üzvü Rikardo Kuareşmadan gələn xəbərə sevinib.

İdmanxeber.com-un məlumatına görə, Avropa Liqasında “Lion”la səfər matçında zədə səbəbindən meydanda olmayan Kuareşmanın cavab matçına qədər hazır olması gözlənilir. Belə ki, portuqaliyalı futbolçu artıq fərdi məşqlərə başlayıb. Onun fransızlarla cavab görüşündə meydanda olması gözlənilir.

Qeyd edək ki, “Beşiktaş” – “Lion” matçı aprelin 21-də keçiriləcək.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43