20 Sentyabr 2024
Dünya futbolu

“Beşiktaş” braziliyalı futbolçu ilə razılığa gəldi

Türkiyənin “Beşiktaş” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

İdmanxeber.az-ın məlumatına görə, İstanbul təmsilçisi “Atletiko”dan ayrılan Qabriel Paulistayla anlaşıb. 33 yaşlı müdafiəçinin bu həftə “Beşiktaş”la müqavilə bağlayacağı bildirilir.

Təcrübəli futbolçu cari mövsüm Madrid klubunun heyətində 5 oyun keçirib.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43