Dünyadan

“Beşiktaş” braziliyalı futbolçu transfer edir

Rikardo Kuarejma transferini bitirən “Beşiktaş” daha bir futbolçunu heyətinə qatır.

İdmanxeber.com-un məlumatına görə, “qara qartal” Braziliyanın “Qremio” klubunda forma geyinən Rodolfonu transfer etməyə yaxındı. 

Artıq Türkiyə nəhəngi 28 yaşlı müdafiçiylə  razılığa gəlib.

Gələn həftə İstanbula gələcək braziliyalı futbolçu tibbi baxışdan uğurla keçərsə, “Beşiktaş” onunla 4 illik müqavilə bağlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43