Dünya futbolu

“Beşiktaş” erməni futbolçunu bəyənmədi

“Beşiktaş” Gökhan Törəni “Vest Hem”ə getdikdən sonra yerini doldurması gözlənilən Aras Özbiliz göstərdiyi performansla baş məşqçi Şenol Günəşin gözünə girə bilməyib.

İdmanxeber.com-un məlumatına görə, toplanışda özünü yaxşı tərəfdən göstərə bilməyən erməni futbolçunun yerinə Günəş klub prezidenti Fikrət Ormandan iki cinahda da oynaya bilən gənc futbolçu istəyib.

Qeyd edək ki, Aras Özbiliz ötən mövsümü icarə əsasında “Rayo Vallekano”da keçirib. 26 yaşlı oyunçunun bu mövsüm də başqa bir kluba icarə veriləcəyi gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43