Dünyadan

“Beşiktaş” – “Fənərbağça” oyunu ölkəmizdə canlı yayımlanacaq!

Türkiyə kubokunda 1/8 finalda qarşılaşacaq bütün cütlər müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, kubokun bu mərhələsində azarkeşləri olduqca maraqlı oyunlar gözləyir.

Belə ki, "Fənərbağça" "Beşiktaş", "Qalatasaray" isə "Başakşehir"lə qarşılaşacaq.

Türkiyə kubokunun oyunlarını ölkəmizdə yayımlayan "CBC Sport" kanalının hər iki görüşü canlı olaraq azarkeşlərə nümayiş etdirəcəyi gözlənilir.

Qeyd edək ki, 1/8 final mərhələsinin oyunları 4-5 fevral tarixində keçiriləcək. Bu mərhələdə qalib komandalar bir oyunun nəticəsinə görə bəlli olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43