Dünyadan

“Beşiktaş” “Fənərbağça”nın futbolçusunu transfer edir

“Beşiktaş” “Fənərbağça”nın futbolçusu Gökhan Gönülü heyətinə qatır.

İdmanxeber.com-un məlumatına görə, “Qara qartal” 2007-ci ildən “sarı-lacivərdlilər”in formasını geyinən sağ cinah müdafiəçi ilə ilkin razılığa gəlib. 

“Fənər”lə müqaviləsi başa çatmaqda olan Gökhan Gönül “Beşiktaş”a keçməkdə maraqlıdı.

Türkiyə millisinin də şərəfini qoruyan futbolçunun transferi həftəiçi rəsmən ictimaiyyətə açıqlanacaq.





İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43