Dünya futbolu

“Beşiktaş” finalda!

Türkiyə kubokunda yarımfinal matçlarına start verilib.

İdmanxeber.az-ın məlumatına görə, “Beşiktaş” öz meydanında “Ankaragücü” ilə qarşılaşıb. İlk hissədə Mucinin qolu ilə önə keçən “qara qartal” bu hesabı oyunun sonuna kimi saxlaya bilib və adını finala yazdırıb.

Tərəflər arasında ilk matç 0:0 hesabı ilə bitmişdi.

Qeyd edək ki, finalda “Beşiktaş”ın rəqibi “Trabzonspor” – “Fatih Karagümrük” klublarından biri olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43