Dünya futbolu

“Beşiktaş” futbolçusunu Çin klubuna satdı

Dünya
futbolunun gündəmini zəbt edən Çin klubları heyətlərini gücləndirməyə davam
edirlər.

İdmanxeber.com-un
məlumatına görə, sözügedən ölkənin “Hebey Çin” klubu “Beşiktaş”ın müdafiçəsi
Ersan Adem Gülümü heyətinə qatıb. İstanbul klubu bu keçiddən 7 milyon avro əldə
edib. Futbolçunun yeni klubundakı illik qazancı 3,5 milyon avro olacaq.

Qeyd
edək ki, Çində transfer pəncərəsi mart ayına qədər açıq olacaq. Bu səbəbdən Çin
klublarının böyük transfer hərakatının davam edəcəyi gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43