Dünya futbolu

“Beşiktaş” Getsonu gözlədir

Türkiyənin “Beşiktaş” klubunun rəhbərliyi yarımmüdafiəçi Gedson Fernandeslə bağlı “Zenit”lə görüşüb.

İdmanxeber.az-ın məlumatına görə, İstanbul təmsilçisi portuqaliyalıya gözləməsini söyləyib. Oyunçunun “Zenit”lə artıq razılaşdığı bildirilir.

Ötən mövsüm 25 yaşlı Gedson Fernandes “Beşiktaş”ın heyətində 45 matça çıxıb, 3 qol vurub və 6 məhsuldar ötürmə verib. Transfermarkt portalı portuqaliyalının dəyərini 15 milyon avro qiymətləndirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43