Dünya futbolu

“Beşiktaş” ilk transferini edir

Uğursuz mövsüm keçirən “Beşiktaş” ilk transferini etməyə hazırlaşır.

İdmanxeber.az məlumat verir ki, “qara-qartal” mövsümün sonunda azad agent olacaq Kenni Teteni heyətinə qatmaq istəyir. İstanbul klubunun niderlandlı oyunçuyla danışıqları uğurlu gedir.

Tete 2020-ci ildən “Fulhem”də çıxış edir. O, bu mövsüm Premyer Liqada 13 oyunda meydanda olub və 1 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43