Dünya futbolu

“Beşiktaş” – “Lion” matçının hakimləri müəyyənləşdi

Avropa Liqasının 1/4 finalında keçiriləcək “Beşiktaş” – “Lion” cavab oyunu üçün hakim  təyinatları açıqlanıb.

İdmanxeber.com-un məlumatına görə, qarşılaşmanın  baş hakimi Serbiya Futbol Federasiyasından Milorad Maziç olacaq. Ona Milovan Ristiç və Dalibor Durdeviç köməklik edəcək. Dördüncü hakim funksiyasını Nemanya Petroviç yerinə yetirəcək.

Qeyd edək ki, “Beşiktaş” – “Lion” görüşü aprelin 20-i, Bakı vaxtı ilə saat 23:05-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43