“Braqa” və ”Beşiktaş” PSJ-li Şer Ndurla maraqlanır.
İdmanxeber.az “L’Equipe” nəşrinə istinadən xəbər verir ki, “qara-qartal” 19 yaşlı yarımmüdafiəçini icarə əsasında heyətinə qatmaq istəyir.
“Braqa” da Nduru transfer etmək istəyən komandalardan biridir. Avrokuboklarda çıxış edən Portuqaliya təmsilçisinin transferdə bir addım öndə olduğu bildirilir.
PSJ italiyalı oyunçunun komandada qalıb-qalmayacağıyla bağlı qərarını yaxın zamanda verəcək.