Dünya futbolu

“Beşiktaş” – “Qalatasaray” derbisini idarə edəcək hakim müəyyənləşdi

Türkiyə Super Liqasının V turunda mövsümün ilk derbisi baş tutacaq. Həmin turda "Qalatasaray" və "Beşiktaş" komandaları üz-üzə gələcək.

Artıq oyunu idarə edəcək hakimin adına aydınlıq gəlib.

"Atatürk" stadionunda keçiriləcək oyunun ədalət təmsilçisi Fırat Aydunus olacaq.

Qeyd edək ki, qarşılaşma sentyabrın 22-i Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43