Kateqoriyasız

“Beşiktaş” – “Qalatasaray” oyunu ilə bağlı qərar verildi

Koronavirusa görə Türkiyə Super Liqasında oyunlar azarkeşsiz keçiriləcək.

Bununla bağlı ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə keçirilən toplantıda qərar qəbul olunub.

Qərar martın 13-dən aprelin sonlarına qədər olan dövrü əhatə edəcək. Martın 15-də “Qalatasaray” və “Beşiktaş” arasında Super Liqanın XXVI tur oyunu da azarkeşsiz olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43