İdman

“Beşiktaş” qapıçısını La Liqaya göndərdi

“Beşiktaş”ın qapıçısı Denis Boyko karyerasını İspaniyada davam etdirəcək.
 

İdmanxeber.com-un məlumatına görə, ukraynalı qolkiper qarşıdakı 1 ili icarə əsasında “Malaqa”da keçirəcək.

 La Liqa təmsilçisi 28 yaşlı qapıçı üçün “Beşiktaş”a 300 min avro ödəyəcək.

 
Xatırladaq ki, Boyko ötən il  “Dnepr”dən “Beşiktaş”a transfer olunmuşdu. O, İstanbul klubunun heyətində meydana çıxdığı 5 rəsmi qarşılaşmada qapısında 7 qol görüb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43