08 Sentyabr 2024
Dünya futbolu

“Beşiktaş” “Qarabağ”ın rəqibinin oyunçusunu alır

Türkiyədə qış transfer pəncərəsi bu gecə bağlanır.

İdmanxeber.az-ın məlumatına görə, son gündə öncə Ernest Muçini transfer edən “qara-qartal” indi də “Braqa”da çıxış edən Ali Əl-Musratini heyətinə qatmağa yaxındır. Keçid icarə əsasında baş tutacaq. 

Əl-Musrati 2020-ci ildən “Braqa”da çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 20 oyunda 4 qol vurub və bir məhsuldar ötürmə edib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43