16 Sentyabr 2024
Ölkə futbolu

“Beşiktaş” “Qarabağ”la danışıqlara davam edir – 4 milyonluq transfer

“Beşiktaş” klubu “Qarabağ”ın futbolçusu Leandro Andradenin xidmətində maraqlıdır.

İdmanxeber.az-ın məlumatına görə, İstanbul təmsilçisi oyunçu üçün Ağdam klubu ilə danışıqları davam etdirir. Portuqaliyanın “A Bola” nəşri yazır ki, Andradenin sözləşməsində 4 milyon avro qarşılığında sərbəst qalma bəndi də var. “Beşiktaş”ın bu məbləği ödəməyə hazır olduğu vurğulanıb.

Andradenin “köhlən atlar”la müqavilə müddəti 2027-ci ilədək nəzərdə tutulub. O, ötən mövsüm 58 matçda 15 qol və 18 məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43